İraq Milli Təhlükəsizlik Xidməti rəhbərinin müşaviri Qasım Aracı ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə bağlı döyüş birləşmələrinin ölkədəki missiyasını başa vuraraq geri çəkildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İraqın rəsmi xəbər agentliyi İNA məlumat yayıb.
“Koalisiya qüvvələri ilə son danışıqlarımızı tamamladıq. Koalisiyanın döyüş qüvvələri İraqdakı missiyasını başa vuraraq, geri çəkiliblər”, - Aracı deyib.
İrana yaxın radikal şiə qruplaşmaları bir müddət əvvəl dekabrın sonundan etibarən İraqdakı ABŞ qüvvələrini hədəf alacaqları ilə hədələmişdilər.