31 Dekabr 2021 13:29
3 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya SSRİ-nin dağılmasından iqtisadi dərs çıxarıb.

Teleqraf.com xəbər verir ki, ABŞ-da Rusiya üzrə ekspertlər Maykl Kofman və Robert Konolli bu qənaətə gəliblər.

Onlar “Foreign Affairs” nəşrində dərc etdirdikləri birgə məqalədə qeyd ediblər ki, Rusiya iqtisadiyyatının və Rusiya iqtisadi siyasətinin bir çox əsas xüsusiyyətləri rəhbərliyin nəhs sovet təcrübəsinin təkrarlanmasının qarşısını almaq istəyini əks etdirir. Nəşr rusiyalı iqtisadçı Sergey Quriyevin “Rusiyanın makroiqtisadi siyasəti əvvəlkindən qat-qat mühafizəkardır, inflyasiya nəzarət altındadır, böyük ehtiyatlar var, büdcə balanslaşdırılıb, xarici borc yoxdur” sözlərini sitat gətirir.

“Rusiya ABŞ-la aramsız rəqabətdə möhkəmlənə bilib və onun iqtisadiyyatı zəif nöqtə deyil, etibarlı elementə çevrilib, bunun sayəsində xüsusilə Qərbin tətbiq etdiyi sanksiyalara tab gətirmək mümkün olub”, - deyə nəşrin müəllifləri ümumiləşdirmə aparıblar.

Müəlliflər yazıda ötən əsrin 80-ci illərində sovet sisteminin süqutuna gətirib çıxarmış iqtisadi böhrana işarə vurublar. 1980-ci illərin ortalarında Sovet İttifaqında vəziyyət ciddi daxili və xarici siyasət problemlərinin və çətinliklərin artması ilə səciyyələnirdi. 1980-ci illərin əvvəllərində milli gəlirin artım tempi iqtisadi durğunluq səviyyəsinə düşdü. Daxili bazarın kəsiri “neft dolları”na alınmış idxal hesabına ödənilir, yanacaq, enerji və xammal satışından əldə edilən valyuta gəlirləri iqtisadiyyatın perspektiv modernləşdirilməsinə deyil, əsasən cari problemlərin həllinə yönəlirdi.

Hakimiyyətə gələn Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov yenidənqurma adlanan yeni daxili və xarici siyasət konsepsiyasını irəli sürdü. İlkin olaraq islahatlar ölkədə iqtisadi həyatı canlandırdı, lakin onun müəllifləri sosial təminatların və bazar iqtisadiyyatı elementlərinin optimal birləşməsini tapa bilmədilər. 1989-cu ilin ikinci yarısından başlayaraq cəmiyyətin bütün sahələrində böhran daha da kəskinləşdi. Sosial gərginlik artmağa başladı, dövlət büdcəsinin və zəruri malların kəsiri artdı.

Yenidənqurma nəzarətdən çıxmağa başladı. Nəticədə SSRİ-nin dağılmasına gətirib çıxaran proses start götürdü.


Müəllif: Səxavət

Oxşar xəbərlər