Suriya prezidenti Bəşər Əsəd rejiminin insan haqlarını pozmasını pisləyən qətnamə layihəsi 125 səslə qəbul edilib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı səsvermə BMT Baş Assambleyasının İnsan Hüquqları Üzrə 3-cü komitəsinin toplantısında keçirilib.
İran, Rusiya, Şimali Koreya və Çinin də aralarında olduğu 13 ölkə Səudiyyə Ərəbistanının hazırladığı qətnamənin əleyhinə səs verib. Türkiyə də daxil olmaqla 47 ölkə isə bitərəf qalmaq qərarını verib.
İclasda həmçinin İraq Şam İslam Dövləti terror təşkilatının regionda getdikcə artan zorakı hərəkətləri də pislənib.
Qeyd edək ki, qərarın dekabr ayında BMT Baş Assambleyasının iclasında təsdiqlənəcəyi gözlənilir.
Samir