13 Yanvar 2022 11:06
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT-nin sülhməramlı qüvvələri mühafizə etdikləri obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“KTMT-nin sülhməramlı qüvvələrinin komandanlığı və Qazaxıstan Müdafiə Nazirliyi tərəfindən hazırlanmış plana uyğun olaraq, sülhməramlılar tərəfindən qorunan sosial əhəmiyyətli obyektlərin ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilməsinə başlanılıb”, - məlumatda bildirilib.

Əlavə edilib ki, sülhməramlılar Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrinə yükləmək və daimi dislokasiya məntəqələrinə qayıtmaq üçün texnika və materialları yığışdırmağa başlayıblar.

Qeyd olunub ki, KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər