14 Yanvar 2022 08:25
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq-mühafizə orqanlarının əməkdaşları Qazaxıstanın Almatı şəhərində qanunsuz aksiyalarda, talanlarda və digər cinayətlərdə iştirak etdiklərinə görə 2 mindən çox insanı saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə cümə günü şəhər komendaturasının informasiya mərkəzi məlumat yayıb. "Ümumilikdə, qanunsuz əməllərin, talanların və digər cinayətlərin 2 159 iştirakçısı saxlanılıb. 67 odlu silah və 3 112 döyüş sursatı götürülüb", - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər