Tayvan 39 Çin hərbi təyyarəsinin ölkə ərazisinə daxil olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik təyyarələrdən 34-nün döyüş, 4-nün elektron döyüş təyyarəsi, birinin isə bombardmançı olduğunu açıqlayıb.
Nazirlik bildirib ki, döyüş təyyarələrinə xəbərdarlıq edilib, onların fəaliyyətinə nəzarət etmək üçün mülki patrul təyyarələri havaya qaldırılıb və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
Oktyabrın 4-də Tayvan Çinin 52 döyüş təyyarəsi ilə ölkənin hava sərhədlərini pozduğunu açıqlamışdı.