ABŞ-ın Prezidenti Cozef Bayden və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı prezidentlər Rusiyanın Ukrayna ilə sərhəddə güclənməsini müzakirə ediblər. Bundan başqa, tərəflər Rusiya ilə diplomatik təmasların koordinasiyası, həmçinin potensial sanksiyalar məsələləri ətrafında fikir mübadiləsi aparıblar.