Ukraynada Donbas separatçıları ilə əldə olunan atəşkəsdən sonra 500-dən çox hərbçi əsirlikdən azad edilib.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə Ukraynada Əsirlərin Azad Olunması Mərkəzinin rəhbəri Vladimir Ruban çıxış edib.
O, etiraf edib ki, bütün səylərə baxmayaraq, əsirlikdə olanların tam siyahısı barədə məlumat almaq mümkün deyil:
"Qarşı tərəf əsirlərin bir qismi barədə məlumatları gizlətməyə və ya bildirməməyə çalışır. Eyni zamanda, açıq şəkildə söyləyirlər ki, "Aydar" könüllü batalyonunun əsir düşmüş döyüşçülərini verməyəcəklər.
Sərhəd vasitəsilə yeri dəyişdirilmiş (köçürdülmüş), və Rusiya Federasiyasında saxlanılan insanlar var. Elə insanlar var ki, qorxublar, könüllü və ya təzyiq altında "DXR" tərəfinə keçiblər. Artıq onların geri qayıtması qeyri-mümkündür".
Nail Cəlil