17 Fevral 2022 15:47
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba tərəfdaşlarını Luqanskın Stanitsia qəsəbəsinin işğalçılar tərəfindən atəşə tutulmasını dərhal pisləməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Luqanskın Stanitsia qəsəbəsi Donbasın işğal olunmuş ərazisindən ağır silahlardan atəşə tutulub. Mülki infrastruktura ziyan dəyib. Biz bütün tərəfdaşları onsuz da gərgin olan təhlükəsizlik şəraitində Rusiya tərəfindən Minsk razılaşmalarının bu dərəcədə ciddi şəkildə pozulmasını dərhal pisləməyə çağırırıq”, - nazir bildirib.

Qeyd edək ki, cümə axşamı işğalçılar Stanitsia qəsəbəsini artilleriyadan atəşə tutublar və mərmilərdən biri uşaq bağçasına düşüb. İlkin məlumata görə, iki mülki şəxs yaralanıb. Kommunal infrastruktura da ziyan dəyib - qəsəbənin yarısı işıqsız qalıb.

Hərbi ekspertlər qeyd ediblər ki, 8 ildir Ukraynaya qarşı hibrid-hərbi təcavüz edən Rusiya artıq açıq hücuma keçib və formal bəhanə kimi müvəqqəti olaraq işğal olunmuş Donbas ərazisində təxribat törədir.


Müəllif: Nemət

Oxşar xəbərlər