Rusiyanın hava zərbəsi zamanı Mariupol şəhərindəki doğum evində olan hamilələrdən biri ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Qeyd edək ki, hava zərbəsi nəticəsində baş vermiş partlayışdan sonra xərəkdə aparılan qadının görüntüləri beynəlxalq mətbuatda yayılmışdı.
O, ən yaxın xəstəxanaya çatdırılıb. Qadını əməliyyat edən Timur Marin bildirib ki, qadının körpəsi qeysəriyyə yolu ilə götürülüb, lakin körpə ölü doğulub.
Daha sonra həkimlər ananı xilas etməyə çalışsalar da, o, 30 dəqiqə sonra keçinib.