21 Mart 2022 18:58
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmənin qərarı ilə Rusiyada ekstremist fəaliyyətə görə "Instagram" və "Facebook" sosial şəbəkələri qadağan edilib.

Teleqraf.com xəbər verir ki, sözügedən sosial şəbəkələrin sahibi olan "Meta" şirkətinin Rusiyada fəaliyyətinin dayandırılması barədə qərar dərhal qüvvəyə minib.

Xidmətlərin sahibi “Meta” şirkətinin ekstremist kimi tanınması ilə bağlı iddia Baş Prokurorluq tərəfindən qaldırılıb. Nəzarət orqanı izah edib ki, onlar Rusiya vətəndaşlarının hüquqlarının daha da pozulmasından qorumaq niyyətindədirlər.

İddiaya görə instaqram Rusiya qoşunlarının Ukraynadakı müharibəylə bağlı saxtakarlığın silinməsi ilə əlaqədar 4,5 mindən çox müraciətə, icazəsiz mitinq çağırışlarına məhəl qoymayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər