29 Mart 2022 10:33
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Polşaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin haqqında “Bu adam hakimiyyətdə qalmamalıdır” sözləri Amerika mətbuatında müzakirə obyektinə çevrilib.

Teleqraf.com xəbər verir ki, Ağ Ev Baydenin bəyanatından qısa müddət sonra açıqlama yayaraq bunun Rusiyada rejim dəyişikliyinə çağırış olmadığını bildirib.

Co Bayden özü isə bu mövzuda geri addım atmadığını bəyan edib: “Putinin vəhşi hərəkətlərinə qəzəbimi bildirirdim. Bu açıqlamanı ukraynalı ailələrlə görüşdükdən qısa müddət sonra verdim. Burada hər hansı siyasət dəyişikliyi ilə bağlı danışmırdım. Həmçinin bu sözlərə görə üzr istəməyəcəyəm”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər