“Rusiya Prezidenti Putin Macarıstanı Ukraynaya genişmiqyaslı işğala başlamaq planları ilə bağlı əvvəlcədən xəbərdar edib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
“Macarıstan açıq şəkildə bəyan edir ki, Rusiya ilə əməkdaşlığını davam etdirir. Üstəlik, ölkəmizə hücum olacağı barədə Putin tərəfindən əvvəlcədən xəbərdarlıq edilib. Nədənsə bu müharibə nəticəsində ölkəmizin öz ərazilərinin bir hissəsinə çevriləcəyini düşünürdülər. Bu, heç vaxt baş verməyəcək. Görək, bu müharibənin özünü belə aparan bu ölkə üçün hansı nəticələri olacaq”, - Danilov bildirib.