4 May 2022 08:25
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Twitter" sosial şəbəkəsi təşkilatlar və dövlət qurumları üçün ödənişli ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkəti satın alan sahibkar İlon Mask adı çəkilən sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Twitter adi istifadəçilər üçün həmişə pulsuz olacaq, lakin kommersiya və ya dövlət istifadəçiləri üçün kiçik ödəniş tələb edilə bilər", - Mask yazıb.

Xatırladaq ki, aprelin 25-də "Twitter "rəhbərliyi amerikalı sahibkar İlon Maskın şirkəti 44 milyard dollara alacağını açıqlayıb. Sövdələşmənin yekun bağlanma tarixi 24 oktyabr 2022-ci il tarixinə təyin edilib. Bu tarixə qədər hər-hansı tərəf sövdələşmədən imtina edəcəyi təqdirdə, bir milyard dollar məbləğində cərimə ödəməli olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər