Rus ordusunun Ukraynaya qarşı apardığı müharibədə 223 uşaq ölüb, 410 uşaq yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğun Teleqram səhifəsində məlumat verilib.
Qeyd olunub ki, 630-dan çox ukraynalı uşaq Rusiyanın silahlı təcavüzünün qurbanı olub.
“Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 633-dən çox uşaq xəsarət alıb. Mayın 7-də səhər saatlarına olan rəsmi məlumata görə, qurbanların sayı dəyişməyib - 223. Xəsarət alanların sayı 410 nəfərə qədər artıb” ,- məlumatda deyilir.