Türkiyə ordusu Suriyanın şimalında 11 YPG terrorçusunu zərərsizləşdirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
"Türkiyə Silahlı Qüvvələri bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edir. Silahlılar “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatları zonalarına hücuma hazırlaşırdılar", - deyə nazirlik qeyd edib.