9 May 2022 10:07
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik mövzu Ukrayna xalqının sağ qalmasından gedir, çünki Rusiya ordusu soyqırımı ilə məşğuldur”.

Teleqraf.com xəbər verir ki, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç İsrailin Kanal-9 televiziyasına açıqlamasında bildirib.

Aleksey Arestoviç qeyd edib ki, Ukraynada “daha ​​dörd Buça” var. O qeyd edib ki, bunlardan ikisi Zaporojye istiqamətində, ikisi isə Xersondadır.

“Kütləvi zorlamalar, uşaqların, qocaların qətli, dinc əhalinin edam edilməsi və s. İndiyə qədər hansı “qardaşlıqdan” danışmaq olar? İndi bizim vəzifəmiz sağ qalmaqdır”, - deyə Aretoviç fikrini yekunlaşdırıb.


Müəllif: Nemət

Oxşar xəbərlər