Şimali Koreya hökuməti ölkədə ilk koronavirusa yoluxma halının müşahidə edildiyini və bununla da fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, pandemiyanın başlanğıcından daxildə sərt tədbirlərin həyata keçirildiyi Şimali Koreyada paytaxt Pxenyanda qızdırmalı xəstələrdən götürülmüş nümunələrdə koronavirus aşkarlanıb.
Neçə nəfərin xəstə olduğu bildirilməsə də, onlarda “Omicron BA.2” variantı aşkarlandığı deyilib.
Şimali Koreya lideri Kim Çen Inın da daxil olduğu hakim komandanın üzvləri məsələni müzakirə etmək üçün keçirdikləri toplantıda “maksimum fövqəladə pandemiyadan qorunma sistemi” tətbiq edəcəklərini açıqlayıblar.
Kim Çen In ölkədəki bütün əyalət və şəhərlərə giriş-çıxışın bağlanılmasına çağırıb.