12 May 2022 11:21
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Rusiyanın Xabarovsk vilayətinin Amur rayonunun Teysin kəndində yerləşən hərbi hissədə güclü partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS və “Novosti” məlumat yayıb.

Rusiya Fövqəladə Hallar Xidmətinin məlumatına görə, partlayış Rusiyanın hərbi hissələrindən birinin anbarında baş verib.

Hadisədə bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, partlayış döyüş sursatlarının boşaldılması zamanı baş verib. Buna partlayıcı maddələrlə ehtiyatsız davranış səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər