13 May 2022 16:45
1 590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronu Rusiya üçün çıxış yolu axtarmaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri bu barədə İtaliyanın “Rai 1” kanalının efirində danışıb.

“Rusiya üçün çıxış yolu axtarmamalıyıq, Makron bunu boş yerə edir. Makron vasitəçiliklə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu edə bilmədi. Həm Rusiya, həm də Ukrayna tərəfdən. Onlara görə, mən Putinin nüfuzunu xilas etmək üçün suverenliyimizlə bağlı güzəştə getməliyəm, mənə elə gəlir ki, heç bir lider ölkəsinin ərazini itirmək istəməz. Bu ədalətsizlikdir, bu itirilmiş vaxtdır”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər