16 May 2022 18:39
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi yaralı ukraynalı əsgərlərin “Azovstal”dan çıxarılması ilə bağlı razılığa gəldiyini bildirib.

Teleqra.com xəbər verir ki, bu barədə Rusiya MN-nin məlumatında bildirilib.

Onların evakuasiyası üçün humanitar dəhliz açılacaq və sükut günü elan ediləcək. Yaralılar “DXR” ərazisində yerləşən Novoazovskdakı tibb müəssisəsinə aparılacaq. Ukrayna tərəfi hələlik bu bəyanatı şərh etməyib.

“Mariupoldakı “Azovstal” metallurgiya kombinatının ərazisində blokadaya alınmış Ukrayna hərbçilərinin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub. Hazırda müəssisə rayonu ərazisində sükut rejimi tətbiq edilib və humanitar dəhliz açılıb, bu dəhliz vasitəsilə yaralı ukraynalı hərbçilər “Donetsk Xalq Respublikasının” Novoazovsk şəhərindəki tibb müəssisəsinə çatdırılır, onları bütün lazımi vasitələrlə təmin edirlər. lazımi köməkliklər”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.


Müəllif: Səxavət