Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada KTMT-nin 30 illiyinə həsr olunmuş sammit zamanı deyib ki, “strukturun üzvü olan dövlətlərin asinxron səsvermə problemi var və çox vaxt bizim səslərimiz eyni vaxtda olmur”.
Teleqraf.com xəbər verir ki, problem yeni deyil, Ermənistan işçi qaydada bunu dəfələrlə qaldırıb və müzakirə edib:
“Bu məsələnin əlavə müzakirəyə ehtiyacı var. Sürətli reaksiya məsələsi Ermənistan üçün vacibdir. Bildiyiniz kimi, ötən il bu günlərdə Azərbaycan ordusu Ermənistan ərazisinə daxil olub. Ermənistan böhran vəziyyətlərinə reaksiya prosedurunda nəzərdə tutulan mexanizmləri tətbiq etmək üçün KTMT-yə müraciət edib.
Təəssüf ki, təşkilat Ermənistanın gözlədiyi kimi cavab vermədi. Biz uzun müddət KTMT-yə üzv dövlətlərin Ermənistana dost olmayan ölkələrə silah satması məsələsini də qaldırmışıq. Hansı ki, Ermənistana qarşı istifadə olunub. 2020-ci ildə 44 günlük müharibə zamanı və ondan sonra KTMT-yə üzv ölkələrin reaksiyası Ermənistanı və erməni xalqını o qədər də sevindirmədi.