Finlandiyanın Savonlinna şəhərində yerləşən “Olaf Brewing” sənətkarlıq pivə zavodu ölkənin NATO-ya qəbulu prosesinin başlanması şərəfinə pivə istehsal edib.
Teleqraf.com xəbər verir ki, “Otan olutta” içkisi Şimali Atlantika alyansının atributları ilə bir gün əvvəl, mayın 16-da satışa çıxarılıb.
Bu ad bir tərəfdən “bir pivə götür” kimi tərcümə olunur, lakin eyni zamanda, Otan NATO-nun anaqrammasıdır və fransız dilində birliyin adıdır, rəsmi simvollarda da istifadə olunur. Alıcıların heç bir şübhəsi olmaması üçün bankada sinəsində alyansın loqosu yerləşdirilən gülümsəyən cəngavər təsvir edilib.
Şirkətin icraçı direktoru Petteri Vyanttinen bildirib ki, şirkət əvvəllər siyasi mövzulara müraciət etməkdən çəkinirdi, lakin indi əksər finlərin NATO-ya üzvlüyün tərəfdarı olduqları üçün bu addımı atmağa qərar veriblər. Pivə istehsalçısı öz qərarını Savonlinnanın İkinci Dünya müharibəsi zamanı bombardmana məruz qalması və NATO-ya qoşulmanın yeni təcavüzdən və fin şəhərlərinin dağıdılmasından qaçacağına ümid etməsi ilə də izah edib.
Pivə zavodu yeni məhsulun bazarı nə qədər maraqlandırdığına təəccüblənib. Belə ki, mağazalar, barlar və restoranlar onu dərhal almağa başlayıblar. Kompaniya milli parlamentin pivə klubuna, müdafiə qüvvələrinin qərargahına və ola bilsin ki, prezidentin dəftərxanasına köpüklü içki partiyası göndərmək istəyir.