17 May 2022 16:06
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın faktiki olaraq danışıqlardan çəkildiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, o, hazırda Rusiya və Ukrayna arasında danışıqların aparılmadığını bildirib.

“Danışıqlar davam etmir. Ukrayna faktiki olaraq danışıqlar prosesindən geri çəkilib. Onlar heç bir formada danışıqlara gəlmirlər”, - rusiyalı diplomat qeyd edib.

Nazir müavini onu da deyib ki, Kiyevdən Rusiyanın müqavilə təklifinə cavab gəlməyib.


Müəllif: Mənsur Rəğbətoğlu