19 May 2022 09:54
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Velyka Komışuvax, Ustinivka, Zolote-4 və Novomixailivkaya hücum etsə də, Ukrayna qüvvəsinin müqavimətindən sonra geri çəkilməyə məcbur olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, rus qüvvələri Donetsk vilayətinin Yuriyevka qəsəbəsindən də geri çəkiliblər.

“Rus ordusu Avdeyevka istiqamətində Yurievka qəsəbəsinə hücum əməliyyatları keçirib, amma itki verərək, geri çəkilməli olub. Novokalinovo və Pervomayskoye yaşayış məntəqələri ərazilərindəki hücum əməliyyatları da uğursuz olub”, - məlumatda deyilib.

Məlumata görə, rusların əsas səyləri işğal olunmuş ərazilərin qorunub saxlanılmasına yönəlib.


Müəllif: Mənsur Rəğbətoğlu