“The New York Times” nəşri Kiyev vilayətində rus işğalçıları tərəfindən ələ keçirilən Buça şəhərinin yerli sakinlərinin edam edilməsinə dair yeni sübutlar dərc edib.
Teleqraf.com xəbər verir ki, martın 4-ə aid videomüşahidə kamerasından çəkilən ilk videonun kadrlarında rus ordusunun ukraynalı məhbusları apardığı görünür.
Əsgərlər daha sonra həmin şəxsləri yaxınlıqdakı ofis binasının önünə çıxarıblar.
Martın 5-də çəkilmiş drondan olan videoda Yablunskaya küçəsi 144 ünvanında yerləşən inzibati binanın yaxınlığında yerdə uzanmış cəsədlər görünür.
Rusiya hərbçilərinin xarakterik simvolları olan hərbi texnika da görünür.
“The New York Times” ruslar tərəfindən öldürülən kişilərin əksəriyyətinin şəxsiyyətini müəyyənləşdirə bilib. Qeyd edilir ki, onlar müharibədən sonra ərazi müdafiəsinə qoşulan Ukraynanın mülki şəxslərdir.