21 May 2022 14:37
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində vəziyyət gərgin olaraq qalır. Rusiya bütün qüvvələrini bu istiqamətə göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Luqanskın rəhbəri Sergey Qayday Ukrayna telemarafonunun efirində məlumat verib.

O deyib ki, indi Luqansk vilayətinin 10%-ə qədəri Ukraynanın nəzarətindədir. Vəziyyətin harada daha ağır olduğunu birmənalı şəkildə söyləmək mümkün deyil. Çünki regionun bütün ərazisi atəş altındadır. İstisnasız olaraq tamamilə hamısı.

Onun sözlərinə görə, indi işğalçılar Mariupolun vaxtında olduğu kimi Severodonetski də darmadağın edirlər.

“Beloqorovka tərəfdə vəziyyət ağırdır, çünki onlar da sıçrayış edib marşrutu kəsmək istəyirlər. Onlar bütün səylərindən əl çəkiblər ki, ya ərazini dairəvi şəkildə ələ keçirsinlər, ya da sadəcə olaraq onu dağıtsınlar, Popasnaya getsinlər”, - Qayday deyib.

Qayday artıq Severodonetskdə döyüşlərin getdiyi barədə məlumatı təkzib edib: “Xeyr, bu, doğru deyil. Döyüşlər kənarda gedir”.

Qeyd olunur ki, ruslar Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmır. Atışma bütün təmas xətti boyunca və Donetsk əməliyyat bölgəsində və Slavyan istiqamətində qoşunların müdafiəsinin dərinliklərində davam edir.

Xarkov istiqamətində isə ruslar bütün qüvvələrini Ukrayna ordusu ilə döyüşlərdə itirdikləri mövqeləri geri qaytarmağa yönəldiblər. Bu, ya rus qoşunlarının geri çəkilib hücumun digər bölgələrinə yerləşməsi üçün vaxt qazanmaq, ya da Xarkovdan şimalda müdafiə mövqelərini gücləndirmək üçündür.


Müəllif: Nemət

Oxşar xəbərlər