Ukraynanın birinci xanımı Alyona Zelenskaya Ukraynada müharibə başlayandan bəri həyat yoldaşını, Prezident Vladimir Zelenskini demək olar ki, görmədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Zelenskaya müharibənin başladığı anı dəhşətlə xatırladığını deyib.
Onun sözlərinə görə, fevralın 24-də pəncərədən kənarda qəribə səslərə oyanıb. Gözlərini açanda həyat yoldaşını görməyib. Birinci xanım onu qonşu otaqda tapıb və orada ondan bu dəhşətli sözləri eşidib: “Müharibə başladı”.
Zelenskaya deyib ki, həyat yoldaşından hər bir ukraynalı üçün çox vacib olan iki söz eşitmək arzusundadır: “Müharibə bitdi”.
“Bu sözləri mənə deyəcəyini gözləməklə yaşayıram. Anlayıram ki, bunu eşidən ilk mən olmaya bilərəm, amma bunu heç olmasa televiziyadan eşitmək istəyirəm”, - Zelenskaya bildirib.