Fransanın Aerokosmik Qüvvələrinə məxsus iki "Rafale" qırıcısı ölkənin qərbindəki "Meeting de l'air" avia şousunda nümayiş uçuşu zamanı toqquşub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Sud Ouest" qəzeti xəbər verib.
Məlumata əsasən, hadisə bu bazar günü yerli vaxtla saat 12:30 radələrində Konyak kommunası (Şarente departamenti) yaxınlığında baş verib.