23 May 2022 12:25
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv olmaq istədiklərini açıqlayan Finlandiya və İsveçin qarşısındakı Türkiyə maneəsi dünyada rezonans doğurmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Türkiyənin İsveçin PKK terror təşkilatına verdiyi dəstəyə və ölkəyə tətbiq etdiyi sanksiyaların ləğvi tələbinə cavab olaraq bir-birinin ardınca bəyanatlar gələrkən, İsveç Baş naziri Maqdelena Andersson növbəti dəfə Ankaraya mesaj verib.

Andersson Tvitter hesabında yazıb:

“Türkiyə Prezidenti Ərdoğanla İsveçin NATO prosesi ilə bağlı bugünkü görüşünü yüksək qiymətləndiririk. Sülh, təhlükəsizlik və terrorizmlə mübarizə də daxil olmaqla ikitərəfli əlaqələrimizi gücləndirməyi səbirsizliklə gözləyirik”.

Andersson Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarını aradan qaldırmaq üçün əllərindən gələni edəcəklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər