24 May 2022 10:58
2 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan arasında davam edən gərginlik Baş nazir Kiryakos Mitsotakisin ABŞ-a səfərindən sonra yeni müstəviyə keçib.

Teleqraf.com xəbər verir ki, yunan nazirin ABŞ-ın Türkiyəyə vaxtilə vəd etdiyi “F-35” döyüş təyyarələrini Afinaya verməsi, “F-16”ları isə Ankaraya verməkdən imtina eləməsi tələbinə Prezident Rəcəb Tayyib Ərdoğan reaksiya göstərib.

Ərdoğanın Yunanıstan baş nazirinə reaksiyası belə olub: “Artıq mənim üçün Mitsotakis deyilən bir adam yoxdur”.

Yunan professor İonnis Mazis isə iddia edir ki, Afina Vaşinqtona çox da arxayın olmamalıdır: “ABŞ Türkiyəni Rusiyaya qarşı öz tərəfində saxlamaq üçün Yunanıstanın suverenliyini satacaq”.

Onun sözlərinə görə, yunanlar həmişə türklərə, makedonlara və albanlara qarşı alver vasitəsi kimi istifadə edilib.

Professorun Kiryakos Mitsotakisin ABŞ-a səfərini belə şərh edib:

“Türkiyə 40 ədəd “F-16”sının modernizasiya edilməsini və “F-35” proqramına yenidən qaytarılmasını istəyir. Almaq istədiyi budur və təəssüf ki, alacağını düşünürəm. Ümid edirəm ki, bu səfər məni yanıldacaq və bütün bunlar olmayacaq.

Yunanıstan baş nazirinin ABŞ səfərindən sonra türklərə təzyiq olunmayacağından narahatam. Onlar yayda öz işləri ilə məşğul olacaqlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər