Oxşar xəbərlər
ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisi general Mark Milli Amerikanın Ukraynaya qoşun yeritmək planının olmadığını və qərarı Prezident Co Baydenin verəcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, amerikalı general Ukraynaya hərbi qüvvə göndərmək tələbinin olduğunu deyib.
“Günün sonunda ABŞ qüvvələrinin yenidən Ukraynaya daxil olması üçün prezident qərarı tələb olunacaq, amma biz bundan çox uzaqdayıq”, - Milli söyləyib.
ABŞ Müdafiə Nazirliyi Ukrayna ilə bağlı fəaliyyət planları hazırlayır, amma bu, hələlik müdafiə naziri Lloyd Ostinə təqdim edilməyib.
Dünən ABŞ mətbuatı Vaşinqtonun Kiyevdəki səfirliyini qorumaq üçün Ukraynaya xüsusi əməliyyat qüvvələri göndərmək qərarını nəzərdən keçirdiyini yazıb.