25 May 2022 11:25
1 521
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Dövlət katibi Entoni Blinken Ermənistanın Baş naziri Nikola Paşinyanla söhbətində bütün regionda sülh, sabitlik və rifahın təmin edilməsi üçün Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti dünən baş tutan Blinken və Paşinyan arasında telefon danışığı haqqında açıqlasında bildirilir.

Telefon danışığı zamanı tərəflər Cənubi Qafqazda sülhə müsbət təkanı müzakirə ediblər.

“Blinken Paşinyana sərhədlərin delimitasiyası və demarkasiyası səylərində kömək təklif etdi və regional nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında irəliləyişə çağırıb. O, Cənubi Qafqazdakı problemlərin həlli üçün ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və ABŞ-ın Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının vasitəçiliyi ilə apardığı danışıqlara dəstəyini bir daha təsdiqləyib. Blinken ABŞ-ın uzunmüddətli və hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli və həmfikir tərəfdaşlarla Ermənistan və Azərbaycana kömək etməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Dövlət Departamentinin bəyanatında qeyd olunub.


Müəllif: Nemət

Oxşar xəbərlər