Rusiya qüvvələri yenidən Slavyansk istiqamətində hücuma başlayıblar. Eyni zamanda, ruslar Ukrayna ordusunun mövqelərini atəşə tutmaqda və Donetsk vilayətində qoşunları yenidən qruplaşdırmaqda davam edirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Rus işğalçıları Slavyansk istiqamətində qoşunlarımızın mövqelərini atəşə tutmaqda davam edirlər. Bu istiqamətdə hücum bərpa olunub. Donetsk istiqamətində isə işğalçılar aktiv hücum əməliyyatları aparırlar”, - açıqlamada qeyd edilib.
Məlumata görə, rus ordusu Baxmut istiqamətində irəliləməyə, logistik marşrutları dağıtmağa, Ukrayna qüvvələrini bölməyə çalışır.
Rusların Limanski istiqamətində kəşfiyyat apardığı, artilleriyanın dəstəyi ilə bölgədəki kəndlərdə möhkəmlənməyə çalışdığı bildirilib.