28 May 2022 12:32
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç və Finlandiya Türkiyənin dəstəyini qazanmaq üçün radikal addımlar atmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” Türkiyədəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

“İsveç və Finlandiya Türkiyənin dəstəyini qazanmaq üçün çətin hesab etdikləri addımları atmalıdır. Bu, asan proses deyil. Danışıqlar davam edəcək, amma yeni tarix o qədər də yaxın görünmür”, - agentliyə danışan Türkiyə rəsmisi deyib.

Ankarada keçirilən danışıqlarla bağlı məlumatlı olan başqa bir rəsmi şəxs təmaslarda ciddi irəliləyişin olmadığını və növbəti görüş üçün tarixin müəyyən edilmədiyini bildirərək, Türkiyənin hələ də NATO-nun Madriddə keçiriləcək sammitində iki ölkənin üzvlük iddialarına etiraz ehtimalının yüksək olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər