Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Almaniya Kansleri Olaf Şolzun müasir dünyanın çoxqütblü olması ilə bağlı bəyanatını “plagiat” adlandırıb.
Teleqraf.com xəbər verir ki, o, bu fikirlərin Almaniya hökumətinin başçısına aid olmadığını deyib.
Zaxarova qeyd edib ki, Rusiya Xarici işlər naziri Sergey Lavrova 15 ildir dünyanın çoxqütblü və çoxmərkəzli olmasının vacibliyini xatırladır.
“Təmiz plagiatdır. Yaxud daha da pisi, bayağılığın anlaşılmazlığıdır”, - Zaxarova söyləyib.
O, öz fikrini dəstəkləmək üçün Lavrovun 2004-2021-ci illərdəki çıxışlarından bir neçə sitat da gətirib.
“Əgər Berlin bunu indi başa düşürsə, onda bunun onlara uzun müddət sonra gəlib çatmasını ancaq anlayışla qarşılamaq olar”, - Zaxarova əlavə edib.