Mayın 29-na olan məlumata görə, Rusiya qoşunları döyüşlərin davam etdiyi Limandan (Donetsk vilayəti) qismən geri çəkilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook-da məlumat yayıb.
"Düşmənin ayrı-ayrı bölmələri Liman yaşayış məntəqəsindən kənara çıxarılıb", - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Kuraxovski istiqamətində düşmən bütün təmas xətti boyunca minaatanlardan, top artilleriyasından, reaktiv yaylım atəşi sistemlərindən, aviasiyadan atəş açır. Rus qoşunları şəxsi heyəti tükəndirməyə və istehkamları dağıtmağa çalışır.