Ukraynanın Odessa şəhərində rus komandir Aleksandr Suvorovun at üzərindəki abidəsi qırmızı boya ilə boyanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İzmail şəhərinin meri Andrey Abramçenko məlumat verib.
Onun sözlərinə görə, Aleksandr Suvorovun abidəsinin boya ilə örtülməsi ilk dəfə deyil.
"Bu abidə mədəni irsin bir hissəsidir, ona görə də onun gələcək taleyi ilə bağlı Nazirlər Kabinetinin cavabını gözləyirik", - Andrey Abramçenko bildirib.
Xatırladaq ki, Odessa vilayətinin İzmail şəhərinin mərkəzində yerləşən rus komandirinin abidəsi artıq bir neçə dəfədir ki, qırmızıya boyanır.