31 May 2022 16:53
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənclərlə görüşündə siqaretin zərərlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, Ərdoğan gəncləri siqaretdən çəkinməyə çağırıb.

“İnsanımızı çox sevirik. Ona görə də siqaret çəkirsə, deyirik ki, gəl siqareti tərgit, çünki səni sevirik. Əlində siqaret varsa, paketi almağa çalışıram. Vətəndaşımı sevdiyim üçün etməli olduğum şey ona zərər verən şeyi əlindən almaqdır”, - Türkiyə lideri bildirib.

Ərdoğan amerikalı iş adamı İlon Maskla görüşündə müzakirə edəcəyi məsələ haqda da danışıb:

“İlon Maskla ilk görüşümdə ondan siqaret əleyhinə reklamlara bir qədər pul xərcləməsini istəyəcəyəm”.


Müəllif: Mənsur Rəğbətoğlu