6 İyun 2022 13:49
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.


Müəllif: Hacı Zeynalov