12 İyun 2022 13:05
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Slavyansk və Severskə hücumlarını davam etdirəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər hesab edirlər ki, Kreml ən azı Ukraynada öz məqsədlərinə tez nail ola bilməyəcəyini etiraf edib və Ukraynaya müdaxilənin ilkin çatışmazlıqlarını aradan qaldırmaq üçün hərbi məqsədlərini tənzimləməkdə davam edir.

Təhlilçilər qeyd edirlər ki, Rusiya qoşunları Severodonetsk bölgəsində qurudan hücumları davam etdirəcək, lakin ukraynalı müdafiəçilər şəhərin sənaye zonasına nəzarəti saxlayırlar.

İşğalçılar T1303 Gorno-Lisichansk magistral yolunu kəsmək üçün səyləri bərpa ediblər və T1302 Baxmut-Lisichansk magistral yolu boyunca yerləşən yaşayış məntəqələrinə uğursuz hücuma başlayıblar.

Ruslar İzyumun cənub-qərbində və cənub-şərqində yerləşən yaşayış məntəqələrinə basqın etməyə davam edərək Slavyanska hücumlarını bərpa etməyə çalışırdılar.

İnstitut həmçinin belə qənaətə gəlir ki, Ukrayna qüvvələrinin Qərbin ardıcıl dəstəyinə ehtiyacı var, xüsusən artilleriya sistemləri ilə bağlı, çünki Rusiyanın sayı və resursları Ukrayna qüvvələrinə təzyiqi artırır.

Rusiya qoşunları mayın sonunda Severodonetskə daxil ola bilib. O vaxtdan bəri şəhərdə şiddətli küçə döyüşləri gedir. İyunun 9-na olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Severodonetskin təxminən üçdə birinə nəzarət edir.


Müəllif: Nemət