13 İyun 2022 14:10
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin (FBMK) iclasını keçirib və partiyada nizam-intizamın gücləndirilməsini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın “Teleqraf” Agentliyi (CTAC) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Mərkəzi Komitə partiyada ciddi nizam-intizamın yaradılması və bəzi partiya üzvlərinin etibarsız və inqilabi olmayan davranışlarına, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə və bürokratiyaya qarşı daha intensiv mübarizənin aparılması zərurətini ciddi şəkildə müzakirə edib.

Kim Çen In vurğulayıb ki, partiyada nizam-intizamın yaradılması əsas prioritetdir. O, intizama nəzarət sistemlərinin, o cümlədən Mərkəzi Komitənin Təftiş Komissiyasının gücləndirilməsini, nəzarət və cəza normalarının artırılmasını əmr edib.

Onun sözlərinə görə, intizama nəzarət edən idarə və təşkilatların səlahiyyətləri genişləndirilməli, habelə ciddi yoxlama və cəza rejimi tətbiq edilməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu