16 İyun 2022 12:00
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya lideri Putin hamıdan qorxur, ona görə də bunkerdədir, hamıdan qurtulmağa çalışır. Bunu başqa şeylərlə yanaşı, Putini devirmək üçün Moskvada kampaniya təşkil etməyə cəhd etdiyinə görə məcburi müalicəyə göndərilən yakut şaman Aleksandr Qabışevlə bağlı baş verənlər də sübut edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri ukraynalı psixoloq Dmitri Popov deyib.

“Məncə, Vladimir Putin təkcə şamandan qorxmur, hamıdan qorxur, əks halda üç yüz metrlik bunkerdə yaşamazdı”, - psixoloq bildirib.

Popovun fikrincə, rusların 90 faizinin həyat səviyyəsi arzuolunan deyil, ona görə də bir gün Putindən bunların niyə baş verdiyini soruşa bilərlər.

Psixoloq Putinin özünü təkadamlıq kamerada şamanlara “sehirlədəcək” qədər qorxduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu