21 İyun 2022 21:29
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

***

Bu yaxınlarda Kiyevə səfər edən Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolz və İtaliya Baş naziri Mario Draqi Ukraynaya yeni silahların təcili göndərilməsindən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Los-Anceles Tayms” məlumat yayıb.

Məqalə müəllifi Doyl Makmanus bildirib ki, Avropa iqtisadiyyatında Qərbin anti-Rusiya sanksiyalarının yaratdığı “Ukrayna yorğunluğu”nun əlamətləri görünməyə başlayıb.

Makmanus qeyd edib ki, üç Avropa lideri Ukrayna Prezidenti Vladimir Zelenskinin qısa vaxtda yeni silah tədarükü ilə bağlı istəyini yerinə yetirməyib. Bundan əlavə, müəllif vurğulayıb ki, Ukraynanın yaxın zamanda Avropa İttifaqına (Aİ) üzv olması ehtimalı da azdır.

ABŞ ordusunun Baş Qərargah rəisinin keçmiş müavini, general Cek Kin də Ukraynaya silah tədarükünün ləngidiyini deyib. Onun fikrincə, bu, Rusiyanın hərbi üstünlüyünü daha da artırır.

İyunun 16-da Avropa liderləri Ukraynaya səfər edib və burada Zelenski ilə görüşüblər. Danışıqlardan sonra Makron bildirib ki, Qərb ölkələri Ukraynaya təyyarə və hücum tankları verməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu