25 İyun 2022 20:08
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı İran və ABŞ arasında nüvə sazişi üzrə danışıqların bərpasına kömək edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell deyib.

Borrell qeyd edib ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Tehrandakı görüşdə yaxın günlərdə ABŞ-la danışıqları bərpa etmək barədə razılığa gəliblər.

O, bunun qalan son məsələlərin həllinə kömək edəcəyini bildirib.

“Tehrana səfərimin bir əsas məqsədi var - danışıqlara yeni təkan vermək və nüvə sazişini bərpa etmək”, - Borrell vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu