26 İyun 2022 00:02
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 5,6 bal gücündə zəlzələ olub.

Teleqraf.com "Fars" agentliyinə istinadla xəbər verir ki, dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.

Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com