26 İyun 2022 15:53
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 297 nəfər koronavirusa (COVID-19) yoluxub, 2 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 385 nəfər, yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından 215 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,7 milyon təşkil edir.


Müəllif: Teleqraf.com