27 İyun 2022 14:11
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevə raket zərbəsi Rusiya Federasiyasının imkanlarını göstərmək cəhdidir. Əsas məqsəd Artem zavodudur.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri məlumat verib.

“İyunun 26-da Rusiya qoşunları Kiyevin Şevçenkivski rayonuna kütləvi raket zərbəsi endirib. Bu, çox güman ki, hazırda davam edən G7 sammitinə təsadüf edib. Bu, aprelin sonundan bəri Kiyevə edilən ilk belə iri zərbədir və çox güman ki, Qərb liderlərinə birbaşa cavabdır”,- Amerika Müharibə Tədqiqatları İnstitutu qeyd edib.

Bildirilib ki, ruslar Xəzər dənizindən Tu-95 və Tu-160 bombardmançılarından X101 raketləri ilə Kiyevi vurub. Analitiklərin fikrincə, hücum onların imkanlarını “nümayiş etdirmək” cəhdi olub.


Müəllif: Nemət