28 İyun 2022 16:37
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron G7 Liderlər Zirvə toplantısında amerikalı həmkarı Co Baydenin yanına gedərək, BƏƏ və Səudiyyə Ərəbistanı ilə neft məsələsini müzakirə etdiyini deyib.

Teleqraf.com xəbər verir ki, kameraların çəkiliş apardığını unudan Makron Baydenə BƏƏ şahzadəsi ilə neft hasilatının artırılması ilə bağlı danışdığını və ona iki şey söylədiyini bildirib.

“Birincisi, ona maksimum güclə işləmələrini, ikincisi isə Səudiyyə Ərəbistanının hasilatı 150 barrelə çatdıra biləcəyini dedim. Amma onların böyük tutumu yoxdur”, - Makron qeyd edib.

Liderlərin söhbəti ABŞ prezidentinin müşaviri Ceyk Sallivanın xəbərdarlığından sonra dayandırılıb.

Kameraların çəkiliş apardığını xatırladan Sallivan prezidentləri içəridə danışmağa dəvət edib.


Müəllif: Mənsur Rəğbətoğlu