29 İyun 2022 08:00
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden İsveç, Finlandiya və Türkiyəni Şimali Avropa ölkələrinin NATO-ya üzvlüyü ilə bağlı razılıq əldə etməsi münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti C.Bayden "Twitter" səhifəsində yazıb.

"Finlandiya, İsveç və Türkiyəni üçtərəfli memorandumun imzalanması münasibətilə təbrik edirik - bu, NATO-nun Finlandiya və İsveçi alyansa qoşulmağa dəvət etməsi üçün əsas addımdır ki, bu da bizim ittifaqımızı gücləndirəcək və kollektiv təhlükəsizliyimizi artıracaq. Bu, [NATO] sammiti üçün əla başlanğıcdır. ”, o yazıb.


Müəllif: Teleqraf.com